ABŞ Prezidenti Donald Tramp Avropadakı vəziyyətin son dərəcə ağır olduğunu bildirib.
1xeber.media xəbər verir ki, Tramp oktyabrın 1-də Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı Avropada baş verənlərə diqqət yetirməyə çağırıb.
“Avropada baş verənlərə baxın. Onları sözün əsl mənasında diri-diri yeyirlər”, - ABŞ lideri deyib.
Bundan əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Diplomatiya Akademiyasının baş elmi əməkdaşı Vadim Kozyulin ABŞ və Avropanın NATO-nun prioritetləri ilə bağlı fikir ayrılıqlarının alyans daxilində parçalanmanı gücləndirdiyini bildirib.