Вернуться назад Распечатать

Pakistan Mədinəyə hücumla bağlı bəyanat verdi

Pakistan Yəmən qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşən elektrik paylayıcı yarımstansiyasına hava hücumunu kəskin şəkildə pisləyib.

1xeber.media xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

XİN bildirib ki, məscidləri elektrik enerjisi ilə təmin edən mülki infrastruktura hücum təxribatdır.

Rəsmi İslamabad bəyanatda Səudiyyə Ərəbistanı ilə sarsılmaz həmrəyliyini bir daha vurğulayıb.

Xarici İşlər Nazirliyi qeyd edib ki, Pakistan regionda davamlı sülh və sabitliyə nail olmaq üçün bütün səylərini göstərib və bu səylərini davam etdirəcək.