ABŞ-nin Vaşinqton ştatında Energetika Nazirliyinin əməkdaşı ölkəsində terror təşkilatı kimi tanınan Yəmənin "Ənsar Allah" (husilər) hərəkatına dəstək verməyə cəhddə günahlandırılaraq saxlanılıb.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ-nin Ədliyyə Nazirliyi məlumat yayıb.
"Vaşinqton ştatının Riçlend şəhərinin 51 yaşlı sakini Eşton Hamed Ellabudi bu gün səhər saatlarında saxlanılıb. Ona qarşı husilərə maddi yardım və ya resurslarla təmin etməyə cəhd göstərmək ittihamı irəli sürülüb", - deyə qurumun rəsmi saytında məlumat verilib.
İttiham tərəfinin bildirdiyinə görə, dövlət qulluqçusu xaricə səfərlər edib və müxtəlif vasitələrlə husilərə kömək göstərməyə çalışıb, həmçinin partlayıcı maddələr və onları daşıya bilən pilotsuz uçuş aparatları hazırlamaq məqsədilə materiallar alıb.
Nazirliyinin əməkdaşının günahı sübuta yetirilərsə, onu 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.