
1xeber.media xəbər verir ki, ABŞ-ın Tayvana satdığı yeni F-16V Block 70 qırıcılarının ilk ikisi ölkəyə çatdırılıb.
Təyyarələr Tayvanın şərqində yerləşən Taitunqdakı Çihhanq aviabazasına enib. Tayvan 2019-cu ildə ABŞ-dan ümumilikdə 66 ədəd yeni F-16V qırıcısı sifariş etmişdi. Təyyarələrin istehsalı və təhvil verilməsi proqram təminatı ilə bağlı problemlər də daxil olmaqla müxtəlif səbəblərdən gecikmişdi.
ABŞ həmin satışa 8 milyard dollar həcmində razılıq vermişdi. Yeni təyyarələrin çatdırılması başa çatdıqdan sonra Tayvanın F-16 donanmasının sayının 200-dən çox olacağı bildirilir.
Qırıcıların ilk partiyasının Tayvana çatması ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında keçirilən görüşdən təxminən bir həftə sonraya təsadüf edib. Pekin isə ABŞ-ın Tayvana silah satışlarına dəfələrlə etiraz edib.