Вернуться назад Распечатать

Cənubi Koreya ilə Ukrayna arasında diplomatik gərginlik

1xeber.media xəbər verir ki, Cənubi Koreya Prezidenti Li Ce Myon Ukraynaya qarşı əlavə tədbirlər görülə biləcəyini açıqlayıb.

Mübahisəyə Ukraynanın Rusiya tərəfində döyüşərkən əsir götürülmüş iki Şimali Koreya vətəndaşını Cənubi Koreyaya təhvil verməsi səbəb olub. Seul bildirir ki, həmin şəxslərin kimliyi və təhvil verilməsi ilə bağlı tərəflər arasında məxfilik razılaşması olub.

Cənubi Koreya Kiyevdən bu razılaşmanı tanımasını və üzr istəməsini tələb edir. Ukrayna isə belə bir razılaşmanın mövcudluğunu inkar edir və yaranmış vəziyyəti diplomatik anlaşılmazlıq kimi təqdim edir.

Prezident Li bildirib ki, Ukrayna faktları tanımaqdan və açıq şəkildə üzr istəməkdən imtina edərsə, Seul “əlavə tədbirlər” görəcək. O, həmçinin Ukraynanın Koreya yarımadasında mümkün münaqişə ilə bağlı açıqlamalarını tənqid edib.

Məsələ ilə bağlı Cənubi Koreya və Ukraynanın xarici işlər nazirləri arasında danışıqların davam etdiyi bildirilir.