Nicat Azadlı yayılan iddiaları təkzib etdi: Polisə müraciət edəcəyini bildirdi
Nicat Azadlı sosial şəbəkələrdə onunla bağlı yayılan iddialara münasibət bildirib.
1xeber.media “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, iddiaları əsassız adlandırıb və keçmiş həyat yoldaşı ilə təxminən bir il əvvəl boşandıqlarını, aliment ödədiyini bildirib.
Azadlının sözlərinə görə, qarşı tərəf ondan pul tələb edib və əks halda müəyyən məlumatları paylaşacağını deyib. O, 1700 manat verdiyini, daha sonra isə ondan əlavə 5 min manat istənildiyini iddia edib.
Nicat Azadlı yayılan videonun bəzi hissələrinin kəsildiyini və paylaşımın onun nüfuzuna xələl gətirmək məqsədi daşıdığını bildirib. O, məsələ ilə bağlı polisə müraciət edəcəyini söyləyib.