Вернуться назад Распечатать

Sumqayıtda 20-dən çox şagirdin zəhərlənmə səbəbi bilindi: Təfərrüatı - Foto

Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 36 saylı tam orta məktəbdə 21 şagirdin zəhərlənməsinə mağazadan alınan "Chupa Chups" markalı konfetin səbəb olduğu bildirilir.

1xeber.media xəbər verir ki, 2013-cü il təvəllüdlü, həmin məktəbin 8-ci sinif şagirdi C.N. konfeti Saray qəsəbəsində yerləşən mağazaların birindən alıb və sinif yoldaşları ilə birgə yeyib.

Nəticədə özü və daha 20 sinif yoldaşı zəhərlənmə şübhəsi ilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına müraciət edilib.

Hazırda şagirdlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.