Вернуться назад Распечатать

Tbilisi marşrutu üzrə hərəkət cədvəli yenilənəcək

Noyabrın 1-dən Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət cədvəli yenilənəcək.

1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Məlumata görə, əlavə səhər reysləri ilə gündəlik reys sayı 2-dən 4-ə çatdırılacaq.

Əlavə reyslərə biletlər bu gündən satışdadır.