Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul edib.
1xeber.media səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qəbulda Goranboy, Mingəçevir və Yevlaxdan olan sakinlər qatılıb.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
"Azərişıq" həyata keçirdiyi yenidənqurma və maarifləndirmə tədbirləri kimi regionlarda mütəmadi olaraq vətəndaşlarla görüşlər təşkil olunur. Görülən işlər abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənir.