30 sentyabr 2026-cı il tarixində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən, səsvermə qiyabi şəkildə, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilib.
1xeber.media xəbər verir ki, səsvermə nəticəsində Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Mehman oğlu Kərimov 3 il müddətinə “ABB” ASC-nin Müşahidə Şurasının üzvü seçilib. Habelə “ABB” ASC-nin Nizamnaməsinə və “ABB” ASC-nin Müşahidə Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə qərarlar qəbul olunub.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.axar.az