1xeber.media xəbər verir ki, İran ABŞ tərəfindən yeni genişmiqyaslı hərbi əməliyyat keçirilməsi ehtimalına qarşı daha sərt cavab tədbirlərinə hazırlaşır.
Reuters-in məlumatına görə, Tehran mümkün hücum halında əvvəlkindən daha genişmiqyaslı cavab verə biləcək hərbi imkanlarını nəzərdən keçirir. Bu vəziyyət ABŞ və İran arasında diplomatik təmasların perspektivləri ilə bağlı narahatlığı artırıb.
İran tərəfi mümkün hərbi əməliyyata cavab verəcəyini bildirərkən, regiondakı vəziyyət enerji bazarlarında da diqqətlə izlənilir. Hərbi qarşıdurmanın yenidən genişlənməsi neft tədarükü və regiondakı nəqliyyat marşrutları üçün əlavə risk yarada bilər.
Tərəflər arasında diplomatik həll imkanları ilə bağlı danışıqlar davam etsə də, mövqelər arasında ciddi fikir ayrılıqları qalır.