1xeber.media xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının hökumətlərarası şurasının Minskdə keçirilən iclasında regional ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndirib.
Videokonfrans vasitəsilə toplantıya qatılan Paşinyan Ermənistanın “Sülhün kəsişməsi” təşəbbüsü çərçivəsində nəqliyyat və ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Ermənistan hökumətinin məlumatına görə, Paşinyan Aİİ daxilində ticarət maneələrinin aradan qaldırılması məsələsinə də toxunub. O, regionda nəqliyyat və iqtisadi əlaqələrin inkişafının üzv ölkələr arasında əməkdaşlığı gücləndirə biləcəyini bildirib.
Toplantıda Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın baş nazirləri də iştirak edib.