1xeber.media xəbər verir ki, Rusiya Kremlinin sözçüsü Dmitri Peskov Ukraynanın Qara dənizdə həyata keçirdiyi hücumlara cavab verildiyini bildirib.
Peskovun sözlərinə görə, Ukrayna dəniz istiqamətində hücumlar həyata keçirdiyi üçün “bunun əvəzini ödəməlidir”. O, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatını davam etdirdiyini də bildirib.
Kreml nümayəndəsi Moskvanın atəşkəsdən daha çox uzunmüddətli sülh sazişində maraqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, ayrı-ayrı razılaşmalar tam sülhə gətirib çıxara bilməz və tərəflər arasında daha geniş sənəd hazırlanmalıdır.
Peskov həmçinin Rusiya Prezidenti Vladimir Putinin də atəşkəs deyil, sülhə ehtiyac olduğunu bildirdiyini xatırladıb.