Вернуться назад Распечатать

Fransada məktəb etirazları böyüyür

1xeber.media xəbər verir ki, Fransada məktəblərdəki vəziyyətə etiraz edən şagirdlərin aksiyaları ölkə üzrə genişlənib.

Etirazların əsas səbəbləri məktəblərdə müəllim çatışmazlığı, siniflərin həddindən artıq yüklənməsi və təhsil müəssisələrinin maddi-texniki vəziyyətinin zəif olmasıdır. Aksiyalar Parisin Sen-Deni departamentindən başlayaraq ölkənin digər şəhərlərinə də yayılıb.

Reuters-in məlumatına görə, həftə ərzində 1 200-dən çox məktəbdə etiraz aksiyaları keçirilib. Polis bəzi aksiyalara müdaxilə edib, minlərlə insan saxlanılıb.

Etirazlar hökumətin 2027-ci il büdcəsi üzrə xərclərin azaldılmasını nəzərdə tutan planı açıqlamasından sonra daha da siyasiləşib. Təhsil büdcəsinin 1,7 faiz artırılması planlaşdırılsa da, müəllim həmkarlar ittifaqları bu artımın real ehtiyacları qarşılamaq üçün kifayət etmədiyini bildirirlər.