Вернуться назад Распечатать

Almaniya Çinin şirkətini bloklamaq istəyir

1xeber.media xəbər verir ki, Almaniya hökuməti logistika şirkəti “Zippel”in Çinin dövlət şirkəti “Cosco” tərəfindən alınmasına mane olmağı planlaşdırır.

Məlumata görə, Berlin bu addımı milli təhlükəsizliklə bağlı narahatlıqlarla əsaslandırır. “Zippel”in logistika və nəqliyyat sektorunda fəaliyyət göstərməsi şirkətin xarici investor tərəfindən alınmasını Almaniya hökuməti üçün strateji məsələye çevirib.

Almaniya son illərdə kritik infrastruktur və strateji şirkətlərin xarici dövlətlərin nəzarətinə keçməsi ilə bağlı qaydaları sərtləşdirib. Berlin xüsusilə Çin şirkətlərinin liman, logistika və digər mühüm sahələrdə iştirakını təhlükəsizlik baxımından daha diqqətlə nəzərdən keçirir.

Qərarın yekun forması və satış prosesinə necə təsir göstərəcəyi ilə bağlı əlavə prosedurların həyata keçirilməsi gözlənilir.