Hər bir dövlətin tarixində onun gələcək əsrlərini sığortalayan dönüş nöqtələri olur. Azərbaycan xalqı üçün belə bir tale yüklü hadisə Ümummilli Lider Heydər Əliyevin prezidentlik fəaliyyətinə rəsmən başlamasının yolunu açan 3 oktyabr seçkiləridir. 1993-cü ildə xalqın təkidli tələbi və mütləq səsi ilə idarəçiliyi üzərinə götürən Ulu Öndər, dövləti iflasdan xilas edərək gələcək nəsillərə azad, qüdrətli və sarsılmaz bir vətən qoydu.
1xeber.media bildirir ki,dünən Heydər Əliyev Mərkəzində partiya fəallarının iştirakı ilə baş tutan YAP VIII Qurultayı ölkənin keçdiyi bu şərəfli yola bir daha ayna tutdu. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli liderliyi və qurultayda elan olunan yeni nizamnamə fəaliyyətləri sübut edir ki, Azərbaycan Heydər Əliyev yoluna sadiq qalaraq tarixin ən güclü inkişaf mərhələsini yaşayır.
3 oktyabrda əsası qoyulan müstəqillik və suverenlik kursu, bu gün Şuşada və Xankəndidə dalğalanan üçrəngli bayrağımızın əbədi təminatçısıdır