
1xeber.media xəbər verir ki, bu gün Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür.
2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi çərçivəsində Suqovuşan və Talış kəndlərini işğaldan azad edib.
Suqovuşanın azad edilməsi strateji baxımdan mühüm əhəmiyyət daşıyıb. Ərazinin nəzarətə götürülməsi Azərbaycan Ordusunun mövqelərinin möhkəmlənməsinə və regionda hərbi üstünlüyün təmin edilməsinə imkan yaradıb.
Həmin gün Talış kəndinin də azad olunması ilə Tərtər rayonunun bir sıra ərazilərində Azərbaycanın nəzarəti bərpa edilib.
Suqovuşan və Talışın azad olunması 44 günlük müharibənin gedişində Azərbaycanın əldə etdiyi mühüm nəticələrdən biri kimi tarixə düşüb.



