Вернуться назад Распечатать

"Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

"Turan Tovuz" və "Fənərbağça"nın nümayəndələri komandalar arasında keçiriləcək oyundan əvvəl Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə  Azərbaycan klubundan məlumat verilib.

Nümayəndə heyətləri Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarları önünə gül dəstələri qoyublar.