Вернуться назад Распечатать

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 34 milyard 884 milyon manat təşkil edib.

1xeber.media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 2,1 %, ilin əvvəlinə nisbətən 9,2 %, ötən il sentyabrın 1-i ilə müqayisədə 14,5 % çoxdur.

Kredit qoyuluşunun 24 milyard 236,8 milyon manatı və yaxud 69,5 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 13,9 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 8 milyard 587,4 milyon manat təşkil edib. Bu, illik müqayisədə 15,7 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,4 %-dən 24,6 %-ə çatıb.

Sentyabrın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 2 milyard 059,8 milyon manat olub. Bu, illik müqayisədə 17,1 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,8 %-dən 5,9 %-ə qalxıb.

Azərbaycanda 21 bank fəaliyyət göstərir, onlardan 3-ü dövlət payına malikdir. BOKT-ların sayı isə 51-dir.