ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində 6 nəfərin olduğu sərnişin təyyarəsi radarlardan itib.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi Xidmətinin "X" sosial şəbəkəsindəki rəsmi paylaşımında bildirilir.
Məlumata görə, qurumun əməkdaşları hazırda Nantaket adası sahillərində axtarış-xilasetmə tədbirləri həyata keçirirlər.
"Sahil Mühafizəsi göyərtəsində 6 nəfərin olduğu "Gulfstream" tipli təyyarənin axtarışını aparır. ABŞ Federal Aviasiya Administrasiyası şənbə günü səhər saatlarında hava gəmisi ilə əlaqənin kəsildiyi barədə məlumat verib. Axtarış işləri Nantaket sahillərində davam etdirilir", - deyə xəbərdə bildirilir.