2026-cı ilin ilk yarısının maliyyə nəticələri ABB ilə Azər-Türk Bank arasında ciddi miqyas fərqinin olduğunu göstərir. Bununla yanaşı, bəzi göstəricilərin artım tempində Azər-Türk Bank daha sürətli böyüyüb.
1xeber.media 1business.media-nın instaqram səhəfəsinə istinadən xəbər verir ki, ABB ilin ilk 6 ayında 250,6 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövründən 61,2% çoxdur. Azər-Türk Bankın xalis mənfəəti isə 50% artaraq 10,3 milyon manata çatıb.
Aktivlərdə də fərq böyükdür. ABB-nin aktivləri 15,3 milyard manat, Azər-Türk Bankın aktivləri isə 2 milyard manatdan çox olub. ABB-nin kapitalı 2,23 milyard manat, Azər-Türk Bankın kapitalı 128,5 milyon manat təşkil edib.
Artım tempinə baxdıqda isə fərqli mənzərə yaranır. Azər-Türk Bankın kapitalı 12,8%, ABB-nin kapitalı 11,4% artıb. Depozitlər Azər-Türk Bankda 30% artaraq 1,5 milyard manata, ABB-də isə 2,1% artaraq 9,26 milyard manata çatıb.
Rəqəmlər göstərir ki, maliyyə miqyası, mənfəət, aktivlər və kapitalın həcminə görə ABB daha böyük göstəricilərə malikdir. Azər-Türk Bank isə depozit və kapitalın artım tempində daha yüksək nəticə göstərib.