Вернуться назад Распечатать

İran Qətər vasitəsilə ABŞ-yə rəsmi cavabını çatdırdı

İran Qətər vasitəsilə ABŞ-nin təkliflərinə cavab verərək nüvə proqramı üzrə müzakirələrin bərpa olunmasına razılıq verməyib.

1xeber.media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“İranın qəti cavabı Qətər vasitəçiliyi ilə ABŞ-yə çatdırıldı. Bu, Vaşinqtonun danışıqları nüvə mövzusuna çəkmək cəhdlərinin uğursuzluqla nəticələndiyini göstərdi”, — deyə İ.Bəqayi bildirib.

XİN rəsmisi əlavə edib ki, Hörmüz boğazında təhlükəsizliyin bərpası yalnız ABŞ-nin konkret addımlar atması ilə mümkündür. Bura İranın ticarət gəmiçiliyinə müdaxilənin dayandırılması, sanksiyaların ləğvi və hərbi müdaxilələrə son qoyulması daxildir.