1xeber.media 1business.media-nın instaqram səhəfəsinə istinadən xəbər verir ki, Forbes-un yeni Milyarderlər Siyahısında rekord göstəricilər qeydə alınıb. Dünyada milyarderlərin sayı 3 428 nəfərə yüksəlib, onların ümumi sərvəti isə 20,1 trilyon dollara çatıb.
Siyahıya 839 milyard dollarlıq sərvətlə Elon Musk başçılıq edir. Larry Page 257 milyard dollarla ikinci, Sergey Brin 237 milyard dollarla üçüncü pillədə qərarlaşıb. Jeff Bezos və Mark Zuckerberg isə ilk beşliyi tamamlayıb.
ABŞ 989 milyarderlə liderdir. Çin 610, Hindistan isə 229 milyarderlə növbəti sıralarda yer alıb.
Türkiyədən siyahıya 40 nəfər daxil olub. Ölkənin ən varlı şəxsi 13,5 milyard dollarlıq sərvətlə Chobani şirkətinin qurucusu Hamdi Ulukaya göstərilib. Murat Ülker, Cemil Kazancı, Erman Ilıcak və Ferit Şahenk də siyahıda yer alan əsas türk milyarderlər sırasındadır.