Вернуться назад Распечатать

“Əsgər Payı” məhsulları yerli istehsalla hərbçilərin qida təminatına dəstək verir

1xeber.media 1business.media-nın instaqram səhəfəsinə istinadən xəbər verir ki, Azersun Holding tərəfindən istehsal olunan “Əsgər Payı” məhsulları hərbi qulluqçuların qida təminatının yerli istehsal hesabına dəstəklənməsinə xidmət edir.

Məhsullar hazırlanarkən hərbi qulluqçular üçün qidanın qida dəyəri ilə yanaşı, istifadəsinin rahatlığı, daşınması və saxlanması kimi məqamlar nəzərə alınıb.

“Əsgər Payı” layihəsi təkcə qida məhsullarının istehsalı ilə məhdudlaşmır. Layihə Vətən keşiyində dayanan hərbi qulluqçulara hörmət və minnətdarlığın ifadəsi kimi təqdim olunur.

Azersun Holding tərəfindən hazırlanan məhsulların əsas məqsədi hərbi qulluqçuların qida təminatına yerli istehsal imkanları ilə töhfə verməkdir.