Вернуться назад Распечатать

Türkiyədə gün ərzində 4 zəlzələ olub

Türkiyədə gün ərzində dörd zəlzələ olub.

1xeber.media  xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Belə ki, ilk yeraltı təkanlar Muğlada 4,8 bal gücündə qeydə alınıb.

Eyni zamanda Adana vilayətinin Saimbeyli rayonunda ard-arda 4,9 və 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Osmaniyə vilayətində isə 5,2 bal gücündə zəlzələ baş verib.