Вернуться назад Распечатать

Tramp ABŞ-də yeni qüvvələrin yaradıldığını elan etdi

ABŞ Prezidenti ölkədə Superkəşfiyyat Qüvvələrinin (SIF) yaradıldığını bəyan edib.

1xeber.media xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasındakı hesabında paylaşım edib.

Məlumata görə, Superkəşfiyyat Qüvvələrinin əsas vəzifəsi ABŞ-nin superkəşfiyyat sahəsində dünya liderliyini qoruyub saxlaması üçün federal hökumətin fəaliyyətini əlaqələndirməkdir. 

Trampın sözlərinə görə, SIF ABŞ hökumətinin istehlakçılar, ictimai və dini təşkilatlarla qarşılıqlı əlaqələrini tənzimləyəcək. Qurum, həmçinin süni intellektin hazırlanması ilə məşğul olan şirkətlər və kritik infrastruktur təminatçıları ilə əməkdaşlığın əlaqələndirilməsində iştirak edəcək./Oxu.az