1xeber.media xəbər verir ki, Fransanın Schneider Electric şirkəti ABŞ-ın proqram təminatı istehsalçısı PTC-ni 22,6 milyard dollara almaq barədə razılığa gəlib.
Razılaşmaya əsasən, Schneider Electric PTC-nin hər səhmi üçün 205 dollar ödəyəcək. Təklif şirkətin son birjadakı qiymətindən 42,3 faiz yüksəkdir. Əməliyyatın ümumi müəssisə dəyəri isə 23,7 milyard dollar qiymətləndirilir.
Şirkət alışın maliyyələşdirilməsi üçün yeni səhmlərin buraxılmasından və borclanmadan istifadə edəcək. Sövdələşmənin 2027-ci ilin üçüncü rübündə tamamlanması gözlənilir.
PTC sənaye müəssisələri üçün məhsulların layihələndirilməsi, istehsalı və texniki xidmətində istifadə olunan proqram təminatı hazırlayır. Schneider Electric isə son dövrdə xüsusilə süni intellekt və məlumat mərkəzlərinə olan tələbin artmasından faydalanaraq proqram təminatı sahəsində mövqelərini genişləndirir.