Tbilisidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünü zədələməkdə təqsirləndirilən Ermənistan vətəndaşının işi üzrə ilk məhkəmə iclası noyabrın 12-də keçiriləcək.
1xeber.media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı həmin şəxsin vəkili Teona Peradze açıqlayıb.
Onun sözlərinə görə, hazırda iş üzrə araşdırma davam etdirilir.
Xatırladaq ki, Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb. İlkin məlumatlara görə, hadisə sentyabrın 21-i səhər saatlarında baş verib. Büstün zədələnməsi faktı ilə bağlı Gürcüstana turist kimi gələn Ermənistan vətəndaşı saxlanılıb.