Вернуться назад Распечатать

Ordu hava limanını nəzarətə götürdü, yüzlərlə Husi döyüşçüsü təslim oldu

Hökumətyönlü qüvvələr Yəmənin cənub-qərbində strateji əhəmiyyətə malik Dhubab şəhərindəki hava limanını nəzarətə götürüblər.

1xeber.media xəbər verir ki, bu barədə Yəmən ordusunun sözçüsü Məcid əl-Nazili "X" sosial şəbəkəsində bildirib.

"Dhubabdakı hava limanı hökumət qüvvələrinin nəzarətinə keçib", - deyə o yazıb.

Bundan əlavə, əl-Nazilinin sözlərinə görə, hökumətyönlü qüvvələr Bab-əl-Məndəb boğazı yaxınlığındakı əsas yaşayış məntəqələrini – Dhubab və Əl-Moxanı birləşdirən yolu kəsməyə və həmin marşrutu təhlükəsiz hala gətirməyə nail olublar.

"Dhubab bölgəsində mühasirəyə düşən yüzlərlə Husi döyüşçüsü hökumət qüvvələrinə təslim olub", - deyə ordu sözçüsü əlavə edib.