1xeber.media xəbər verir ki, Moskva və bütün Rusiyanın patriarxı Kirill Çeçenistan rəhbəri Ramzan Kadırovu Rus Pravoslav Kilsəsinin “Şöhrət və Şərəf” ordeninin I dərəcəsi ilə təltif edib.
Təltif Kadırovun 50 illik yubileyi münasibətilə həyata keçirilib. Patriarx onun uzun illər dövlət xidmətində “iradəli, məqsədyönlü və məsuliyyətli lider” kimi özünü göstərdiyini bildirib.
Kirill həmçinin Çeçenistanda sosial-iqtisadi inkişaf, təhlükəsizliyin təmin olunması və dinlərarası sülhün yaradılması istiqamətində əldə olunan nəticələri qeyd edib.
“Şöhrət və Şərəf” ordeni 2004-cü ildə təsis edilib və kilsələrarası və dinlərarası əməkdaşlığın inkişafına, eləcə də xalqlar arasında sülh və dostluğun möhkəmləndirilməsinə töhfələrə görə təqdim olunur.
Qeyd edək ki, Kadırov 5 oktyabr 2026-cı ildə 50 yaşını qeyd edir. Həmin gün onun Çeçenistan rəhbəri vəzifəsində beşinci müddətə andiçmə mərasimi də keçirilib.