Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat)“Ferrari F80” alıb.
1xeber.media xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.
“Milan”da yüksək səviyyəli məsləhətçi vəzifəsində çalışan 45 yaşlı isveçli futbol əfsanəsi yeni avtomobilinin videosunu instagram səhifəsində paylaşaraq, “Happy Birthday to Zlatan” (“Zlatanın doğum günü mübarək”) başlığını yazıb.



