1xeber.media 1business.media -ın instaqram səhifəsinə istinadən xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqində (AİH) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin edilib.
Bu vəzifəyə 25 ildən çox jurnalistika təcrübəsi olan Liya Bayramova gətirilib. O, vaxtilə Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışıb. Hazırda CBC TV-də yayımlanan “Dayanıqlılıq və inkişaf” proqramının müəllifi və aparıcısıdır.
Liya Bayramova bu vəzifədə Leyla Sərabini əvəz edib. Leyla Sərabi isə AİH-in idarəetməsində olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-yə təyinat alıb.
Qeyd edək ki, Azərbaycan İnvestisiya Holdinqi Prezident İlham Əliyevin 7 avqust 2020-ci il tarixli fərmanı ilə yaradılıb. Holdinqin əsas fəaliyyət istiqamətlərinə idarəetməsinə verilmiş dövlət şirkətləri və müəssisələrinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, investisiya proqramlarının iqtisadi səmərəliliyinin artırılması və maliyyə dayanıqlığının yaxşılaşdırılması daxildir.