Bir aydan çoxdur ki, 30-dan çox erməni yük maşını sürücüsü öz nəqliyyat vasitələri ilə birlikdə sərhədi keçə bilmirlər.
1xeber.media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
"Artıq bir aydır ki, yüklərimizlə birlikdə Lars keçid məntəqəsində ilişib qalmışıq. Yük maşını sahibləri vəsait göndərə bilmir, biz isə burada dolanışığımızı təmin edə bilmirik. Dizel yanacağımız tükənib, sadəcə isinmək üçün belə əlavə yanacaq gətirməyə məcburuq. İndi nə edəcəyimizi bilmirik. Hazırda orada təxminən 30-40 yük maşını ilişib qalıb və onların hamısı konyakla yüklənib", - deyə etirazçılar qeyd ediblər.