Вернуться назад Распечатать

Tramp Rusiyaya yardım təklif etdi

1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiyada pnevmonik vəba şübhəsi ilə bağlı yaranmış vəziyyətə görə Moskvaya yardım etməyə hazır olduqlarını bildirib.

Tramp Rusiyada baş verən hadisəni izlədiklərini və ehtiyac yaranacağı təqdirdə ABŞ-ın kömək göstərə biləcəyini deyib.

Məlumata görə, Sibirdə vəba üzrə tədqiqat institutunda çalışan laboratoriya əməkdaşının ölümündən sonra bir sıra xəstəxanalarda karantin tədbirləri görülüb. ABŞ rəsmiləri də vəziyyətlə bağlı məlumat toplayır.