1xeber.media xəbər verir ki, Asiya fond bazarlarında əsas indekslər ABŞ-dakı texnologiya şirkətlərinin yüksəlişindən sonra artım nümayiş etdirib.
MSCI-nin Yaponiya istisna olmaqla Asiya-Sakit okean indeksində 0,2 faiz artım qeydə alınıb. Yaponiyanın “Nikkei” indeksi isə 0,7 faiz yüksəlib.
ABŞ-da “Nasdaq”ın rekord səviyyədə bağlanması Asiya bazarlarına da müsbət təsir göstərib. “Nvidia” səhmlərinin bahalaşması nəticəsində şirkətin bazar dəyəri 5,76 trilyon dollara çatıb.