Вернуться назад Распечатать

Litva ABŞ hərbi bazasının xərclərini ödəməyə hazırdır

1xeber.media xəbər verir ki, Litva ABŞ qoşunlarının ölkə ərazisində daimi yerləşdirilməsi üçün hərbi baza yaradılacağı təqdirdə bununla bağlı xərcləri tam şəkildə qarşılamağa hazır olduğunu açıqlayıb.

Litvanın baş naziri Mindauqas Sinkeviçyus bildirib ki, ABŞ-ın ölkədə daimi hərbi kontingent yerləşdirməsi ilə bağlı siyasi qərar qəbul edilməsindən sonra Vilnüs bazanın maliyyələşdirilməsi üçün bütün zəruri xərcləri öz üzərinə götürə bilər.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp oktyabrın 5-də Litvanın ölkə ərazisində ABŞ hərbi bazasının yaradılması təklifini nəzərdən keçirəcəklərini bildirib.

Litva hökuməti isə ABŞ qüvvələrinin ölkədə daimi yerləşdirilməsini NATO-nun şərq cinahının təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirir.