Вернуться назад Распечатать

Avro 17 ayın ən aşağı səviyyəsinə düşdü

1xeber.media xəbər verir ki, avro ABŞ dolları qarşısında son 17 ayın ən aşağı səviyyəsinə geriləyib.

Valyutanın zəifləməsinə Avrozonada siyasi və maliyyə qeyri-müəyyənliyinin artması, xüsusilə Fransanın yüksək borc yükü və ölkənin büdcəsi ətrafında yaranan problemlər təsir göstərir. İspaniyada növbədənkənar seçki ehtimalı da investorların narahatlığını artırıb.

Avronun məzənnəsi 1,12 dollar səviyyəsindən aşağı düşüb. İnvestorların Fransa istiqrazlarını satması və Almaniya istiqrazlarına yönəlməsi Avropa maliyyə bazarlarında gərginliyi artırıb.