Qara dənizdə Bolqarıstan sahilləri yaxınlığında iki yük gəmisi dron hücumuna məruz qalıb.
1xeber.media “Euronews”a istinadən xəbər verir ki, hücumdan sonra gəmilərdən biri batıb və heyət itkin düşüb.
Digər gəmidə isə yanğın baş verdikdən sonra 18 heyət üzvü xilas edilib.
Gəmilərin Toqo və Palau bayraqları altında üzdüyü bildirilib.
Bolqarıstan Baş naziri Rumen Radev hadisə ilə bağlı təcili iclas keçirəcək.