Вернуться назад Распечатать

İsrail Qəzzada döyüş hazırlığını artırır

1xeber.media xəbər verir ki, İsrail müdafiə naziri İsrael Kats 7 oktyabr hadisələrinin ildönümü ərəfəsində Qəzzada fəaliyyət göstərən ordunun döyüş hazırlığının artırılması barədə göstəriş verib.

Kats bildirib ki, qərar kəşfiyyat məlumatları əsasında qəbul edilib. Həmin məlumatlara görə, HƏMAS-ın 7 oktyabrda Qəzzada İsrail hərbçilərinə qarşı hücumlar həyata keçirməyə cəhd göstərə biləcəyi ehtimal olunur.

Nazir İsrail qüvvələrinin mümkün hücumlara qarşı bütün ssenarilərə hazır olmalı olduğunu və təhlükə barədə məlumat daxil olduğu təqdirdə onun qarşısının alınması üçün tədbirlərin görüləcəyini bildirib.

Kats həmçinin İsrail hərbçilərinin zərər görəcəyi təqdirdə HƏMAS-ın və Qəzza əhalisinin ağır nəticələrlə üzləşəcəyini deyib.