Вернуться назад Распечатать

Britaniya İsraildəki konsulluğunu bağlamamaq üçün danışıqlar aparıb

1xeber.media xəbər verir ki, Böyük Britaniyanın milli təhlükəsizlik müşaviri Conatan Pauell ötən həftə İsrailə gizli səfər edərək Qüdsdəki Britaniya konsulluğunun bağlanmasının qarşısını almağa çalışıb.

Reuters-in məlumatına görə, Pauell İsrail rəsmiləri ilə görüşüb, lakin konsulluğun fəaliyyətinin davam etdirilməsi ilə bağlı razılıq əldə olunmayıb.

İsrail daha əvvəl Britaniyanın İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrindən gətirilən mallara qarşı sanksiyalar tətbiq etmək qərarından sonra konsulluğun bağlanmasını tələb edib. Konsulluğun bağlanması üçün müəyyən edilmiş müddət oktyabrın 8-də başa çatır.