1xeber.media xəbər verir ki, ABŞ-ın AMD şirkəti 2027-ci ildə süni intellekt çiplərinin tədarükünü əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.
Şirkətin baş direktoru Liza Su Tayvanda səfəri zamanı bildirib ki, süni intellekt sistemlərinə artan tələbat AMD-ni istehsal gücünü genişləndirməyə məcbur edir.
AMD bunun üçün TSMC və “Foxconn” da daxil olmaqla əsas Tayvan şirkətləri ilə əməkdaşlığı genişləndirməyi, həmçinin Cənubi Koreyanın yaddaş çipi istehsalçıları ilə yeni razılaşmalar əldə etməyi planlaşdırır.