Вернуться назад Распечатать

Rubio: ABŞ Ukraynadakı münaqişənin başa çatmasına çalışır

1xeber.media xəbər verir ki, ABŞ Ukraynadakı münaqişənin mümkün qədər tez başa çatdırılmasına yönəlib. Bunu ABŞ dövlət katibi Marko Rubio İslandiyaya səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

Rubio qeyd edib ki, hazırda Ukraynada vəziyyət münaqişənin başa çatmasına doğru irəliləmir. Bununla belə, Vaşinqton nizamlanma prosesində “konstruktiv rol” oynamağa hazırdır.

ABŞ dövlət katibi bildirib ki, Vaşinqtonun əsas məqsədi döyüşlərin dayandırılması və münaqişənin diplomatik yolla həlli üçün imkanların yaradılmasıdır. Rubio daha əvvəl də müharibənin döyüş meydanında deyil, danışıqlar yolu ilə başa çatacağını bildirmişdi.