Вернуться назад Распечатать

Fransada yüz minlərlə insan küçələrə çıxdı

1xeber.media xəbər verir ki, Fransada məktəblərdəki vəziyyətə etiraz olaraq genişmiqyaslı aksiyalar keçirilir.

Şagird birlikləri, müəllimlər, həmkarlar ittifaqları və valideynlər ölkənin müxtəlif şəhərlərində nümayişlərə qoşulublar. Etirazların əsas səbəbləri müəllim çatışmazlığı, məktəb binalarının vəziyyəti və təhsil sistemindəki digər problemlərdir.

Məlumata görə, aksiyalar nəticəsində yüzlərlə məktəbdə tədris prosesi pozulub. Fransa hökuməti etirazçıların bəzi tələblərinə baxılacağını açıqlayıb və təhsil sistemində problemlərin həlli üçün yeni təkliflər hazırlamağı tapşırıb.