1xeber.media xəbər verir ki, məşhur psixoterapevt Anatoli Kaşpirovskinin bacısı oğlu Yuri Mamayev onun ölümündən əvvəlki söhbətlərindən birinin detallarını açıqlayıb.
Mamayevin sözlərinə görə, bu söhbət 2026-cı ilin avqustunda baş tutub. Həmin vaxt Kaşpirovski Moskvada pianoçu Natalya Sokolovskayanın bəstəkar Dmitri Şostakoviçin yubileyinə həsr olunmuş konsertinə getməyi planlaşdırdığını bildirib.
“Deməli, o, hələ yaşamağı düşünürdü, hələ ümid edirdi. Onun belə estetik maraqları var idi”, – Mamayev deyib.
Anatoli Kaşpirovskinin vəfat etdiyi oktyabrın 3-də açıqlanıb. Onun 87 yaşı olub. Psixoterapevtin direktorunun sözlərinə görə, ölümə səbəb ürəyin dayanması olub.
Daha əvvəl Kaşpirovskinin son vəsiyyətinin də məlum olduğu bildirilmişdi. Onun Ukraynada anasının yanında dəfn olunmaq istədiyi qeyd edilib.
Kaşpirovski 1939-cu ildə Ukrayna SSR-in Stavnisya kəndində anadan olub. 1962-ci ildə Vinnitsa Tibb İnstitutunu bitirib. O, xüsusilə 1989-cu ildən Mərkəzi Televiziyada yayımlanan “Həkim-psixoterapevt Anatoli Kaşpirovskinin sağlamlıq seansı” verilişləri ilə məşhurlaşıb. Verilişlər zamanı o, televiziya ekranı vasitəsilə izləyicilərə “müalicə” seansları keçirirdi.