Вернуться назад Распечатать

Bu gün YAP  regionun ən möhtəşəm uğurlarına imza atır

 

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçiriləndə
orada cəmi  550 nəfər  iştirak edirdi.  İndi siyasi həmfikirlərimizin sayı yüz minlərlədir. O zaman
konfransda bir nəfər də olsun xanım siyasi həmfikir yox idi. İndi partiya üzvlərinin 48 faizdən
çoxu xanımlardır. O zaman partiyanın sədri Naxçıvanda neft lampasının işığı ilə işləyirdi. İndi
partiyamızın sədri qurultayda deyir: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji
resurslarını istehsal edir, hasil edir və ixrac edir”.
Üç onillik əvvəl isə oktyabrın 3-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Prezidenti
seçildi.
Dövlət başçımızın dediyiu kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi
qüvvəsidir. Bunu partiyanın yaranmasından sonra keçirilən bütün seçkilərin nəticələri də sübut
edir, beynəlxal aləmdəki dostlarımız da. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası dünyanın
ən güclü üç dövlətindən biri olan Çin Xalq Respublikasının aparıcı siyasi təşkilatı – Çin
Kommunist Partiyası ilə dostluq və sıx əməkdaşlıq edir.
Dövlət başçımız dünən keçirilən qurultayda  otuz ildən çoxdur ki, partiyanın iqtidarda
olduğunu vurğulayaraq dedi:   “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda
partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”.
Cənab Prezident həmişəki kimi yenə də əldə edilmiş uğurlara arxalanmağın mümkün
olmayacağını da dilə gətirdi. “Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır”. Əsrlər
boyu davam edən separatçılığa, terror, təxribat və işğallara son qoyduğumuzu, misli, tay-
bərabəri olmayan Zəfər qazandığımızı, bu gün Azərbaycanla Ermənistan arasında
münaqişənin olmadığını və digər amilləri sadalayan dövlətimizin başçısı hərbi gücümüzün
artırılmasının  nə üçün lazım olduğuna aydınlıq gətirərək qeyd edib: “Buna cavab, məncə, çox
açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə
üzləşib”.
Son zamanlar beynəlxalq aləmdə baş verən proseslər, xüsusən, Avropa ölkələrinin
dağıdıcı miqrant axınına məruz qalması hamının gözü qarşısındadır. Azərbaycanda isə
vəziyyət tamamilə başqadır. Dövlət başçımız məhz bu amili nəzərə alaraq xatırlatdı ki, biz
hamımız, əminəm ki, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə
fəxr edir.
Prezident xatırlatdı ki, biz bundan sonra da xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim
bizim işimizə müdaxilə etməsin. Yəni bizim ideoloji məkanımız yad ünsürlərdən, yad
təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır: “Biz xarici
siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə
etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil”. Ancaq ölkə
daxilində  müasir ideoloji işlər aparılmalıdır. Dövlət başçımızın fikrincə, düzgün ideoloji işin
qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək
vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır.
Cənab Prezident həmişə olduğu kimi bu qurultayda da işğalçı qonşumuzdan fərqli olaraq,
bizim real layihələr, aydın məqsədlər əsasında fəaliyyət göstərdiyimizi xatırlatdı: “Bizim
üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım
deyil”. Elə qonşularımızın monoetnik dövlət, təkmillətli cəmiyyət yaratmaq məqsədi də İlham
Əliyevin nəzərində daim qınanılıb və qəbuledilməz hesab olunub. Həmin prinsiplərin əksinə
olaraq, Azərbaycanda  bütün dövrlərdə tolerantlıq və çoxkonfessialılıq hökm sürüb.
Ancaq biz bütün bunlarla yanaşı İslam həmrəyliyinə də özünəməxsus töhfələr vermişik. Cənab
Prezidentin dediyi kimi, biz daim İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol
oynayırıq: “Hamı yaxşı bilir ki, İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər
göstəririk və burada da birləşdirici rol oynayırıq”. Əlavə edilir ki,  bizim  tariximiz və bu
günümüz, siyasi addımlarımız və imkanlarımız buna şərait yaradır. “Heç vaxt hansısa ölkəyə
qarşı riyakarlıq göstərməmişik” deyən Prezident əlavə edir: “Halbuki belə münasibətlərlə
dəfələrlə üzləşmişdik və bu gün də üzləşirik… biz özümüzə hörmət edən insanlarıq, biz
ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki,
bu mümkündür”.
İşğaldan azad edilmiş ərazilərimizin bərpası haqqında danışan Prezident xatırlatdı ki,
həmin bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsait xərclənib: “Onların böyük

əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib. Onların böyük hissəsi başa çatıb və
eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb. Bundan
sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək”.
Sonda xatırladaq ki, Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna
çevrilib. Elə bu arqumenti də cənab Prezidentin ifadələri ilə tamamlayaq: “Çünki enerji
təhlükəsizliyi  –  bu, hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bizim rolumuz daha da
artacaq”.
Cavanşir Nəsirov,
Sabirabad rayon Ulacalı kənd sakini, təqaüdçü