Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüş keçirib.
1xeber.media xəbər verir ki,görüş zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Görüş zamanı BƏƏ-nin məhdud su ehtiyatlarının idarə olunması, sudan səmərəli istifadə və su təminatının dayanıqlılığının artırılması sahəsində təcrübəsinin Azərbaycan üçün dəyərli olduğu qeyd edilib.
Görüşdə həmçinin cari ilin 8–10 dekabr tarixlərində Abu-Dabidə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının su konfransının su ehtiyatlarının idarə olunması sahəsində beynəlxalq əməkdaşlığın təşviqində mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Tərəflər su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi barədə razılığa gəliblər.

