Вернуться назад Распечатать

Azərbaycanla Serbiya arasında tərəfdaşlığın inkişafı müzakirə edilib

Serbiya Xarici İşlər Nazirliyinin baş katibi Duşan Kozarev Bakıda Azərbaycan Milli Məclisinin Beynəlxalq və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov və Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşüb və tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını müzakirə ediliblər.

Bu barədə report-un Balkan bürosuna Serbiya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, görüş D. Kozarevin Azərbaycanda itkin düşmüş şəxslər üzrə konfransda iştirak etmək məqsədilə Bakıya səfəri çərçivəsində keçirilib.

Tərəflər görüş zamanı Serbiya ilə Azərbaycan arasında dostluq münasibətlərini, yüksək səviyyəli qarşılıqlı anlaşmanı və beynəlxalq hüququn əsas prinsiplərinə hörmətə sadiqliyi təsdiqləyiblər.

Həmçinin iki ölkə arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinə qarşılıqlı hazırlıq ifadə olunub.