Вернуться назад Распечатать

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov özünə yeni müşavir təyin edib.

1xeber.media xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, bununla bağlı müvafiq əmr imzalayıb.

Bunu da oxu

Əmrə əsasən, Elgün Rəsulov sədrin müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Rəsulov bundan əvvəl 2022-2026-cı illərdə “Azərpoçt” MMC-nin İdarə Heyətinin üzvü və sədrinin müşaviri vəzifələrində çalışıb. 2022-ci ildə isə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktorunun müşaviri olub. 2006-2022-ci illərdə isə bank sektorunda şöbə, departament müdiri və müşavir vəzifələrində fəaliyyət göstərib.