İkinci əl avtomobil bazarında "Mercedes-Benz" brendinin köhnə modellərinə olan tələbat yüksək səviyyədə qalmaqda davam edir.
1xeber.media xəbər verir ki, elan saytlarında yerləşdirilən son məlumatlara əsasən, ölkənin müxtəlif bölgələrində satışa çıxarılan 1990–2000-ci illərin "C-Class", "E-Class" və köhnə "190" modellarının qiymətləri geniş diapazonda dəyişir.
Təqdim olunan elanlarda ən ucuz təkliflər ənənəvi modellərə aiddir. Belə ki, 1992–1993-cü illərin "Mercedes 190" modelləri 2 600 – 4 400 manat civarında təklif olunduğu halda, 1994-cü ilin "C 180" modeli 6 500 manata satışa çıxarılıb.
İstehsal ili 1998–2001-ci illər arasında dəyişən "E-Class" (E 200, E 220, E 240) modellərinin qiymətləri isə avtomobilin texniki vəziyyətindən, yürüşündən və komplektasiyasından asılı olaraq 7 800 manatdan başlayaraq 14 700 manatadək yüksəlir.
Ekspertlər bildirirlər ki, təmir və ehtiyat hissələrinin asan tapılması səbəbindən bu avtomobillər yerli bazarda öz likvidliyini qoruyub saxlayır.yeni sabah