Fransa Prezidenti Emmanuel Makron məktəb şagirdləri və işçilərinin davam edən kütləvi etirazları ilə əlaqədar oktyabrın 6-sı axşam Yelisey sarayında nazirlərin iclasını keçirəcək.
1xeber.media xəbər verir ki, bunu prezidentə yaxın mənbələr BFMTV telekanalına bildiriblər.
Qeyd olunub ki, görüşdə Baş nazir Sebastyan Lekornü, daxili işlər naziri Loran Nunyes və milli təhsil naziri Eduar Jeffre iştirak edəcəklər.
Daha əvvəl Fransanın Daxili İşlər Nazirliyi bildirib ki, ölkə boyu etiraz aksiyalarında 256 min nəfər, o cümlədən Parisdə 56 min nəfər iştirak edib. Etiraz edən yuxarı sinif şagirdlərinə valideynlər, müəllimlər, universitet tələbələri və həmkarlar ittifaqlarının nümayəndələri qoşulub.